Peyğəmbərlərin xüsusiyyətləri

10 Fevral 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi

  • Peyğəmbərlər (əleyhimussalam) əcnəbi mədəniyyətlərə qapalı olmaq mənasında ümmidirlər.
  • Peyğəmbərlər məsumdurlar. Allah onları günahlardan qorumuşdur.
  • Peyğəmbərlik qazanılmış bir xüsusiyyət deyil, səmavi və rəbbanidir.
  • Peyğəmbərlər hasbidirlər. Gördükləri işlər və etdikləri xidmət qarşısında heç kimdən qarşılıq ummazlar. Onların qarşılıq və mükafatları yalnız Allaha aiddir.
  • Əfəndimiz (s.ə.s.) günlərcə ac qaldı, amma insanlardan heç bir şey istəmədi. Ona (s.ə.s.) "Hökmdar peyğəmbər" olma yolu açıldı, amma O, "qul peyğəmbər" olmağı seçdi.
  • Peyğəmbərlərin digər bir xüsusiyyəti isə ixlasdır. Onlar etdikləri hər şeyi sadəcə və sadəcə Allah üçün edərlər.
  • Allah Rəsulu (s.ə.s.) insanları əziz tutardı, həmçinin özü üçün ayağa qalxmağa da icazə verməzdi. O (s.ə.s.), bir sadəlik və təvazökarlıq insanı idi…
  • Peyğəmbərlərin digər bir xüsusiyyəti, insanları hikmətlə və gözəl nəsihət ilə Haqqa dəvət etməkdir. Onlar əsla boş və yalan sözlər danışmazlar.
  • Hikmət və gözəl nəsihət ilə dinə dəvət olunan İmranın atası Husaynın müsəlman olması…

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.