Peyğəmbərlərin sifətlərindən-sidq (doğruluq)

17 Fevral 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi

  • Peyğəmbərlər özü ilə, sözü ilə, duyğusu ilə, düşüncəsi ilə sadiq insanlardır. Heç bir kimsə peyğəmbərlərə əsla yalançı deyə bilməmişdir.
  • Quranda sadiqləri mədh edən ayələr və verdiyi sözü sədaqətlə yerinə yetirərək Uhud döyüşündə şəhid olan Ənəs ibn Nadr (r.a.) örnəyi…
  • Müşriklər Peyğəmbərimizi (s.ə.s.) həm sadiq həm də əmin olaraq tanıdıqları üçün Hacərül-Əsvədin yerinə qoyulması vaxtı Onun (s.ə.s.) hakimliyinə razı olmuşdular.
  • Əbu Süfyan (r.a.) müsəlman olmazdan qabaq Herakliusa Allah Rəsulunun (s.ə.s.) doğru və əmin bir insan olduğunu etiraf etmişdi.
  • Siz altı xüsusda mənə təminat verin mən də sizin Cənnətə girəcəyinizə zamin olum; 1) Danışanda doğru danışın… və "İçində şübhə oyadan şeylərdən uzaq ol, şübhələrin olmadığı bir iqlimdə yaşa…" hədisləri…
  • "Daima doğruluğu axtarın. Doğruluqda həlak olacağınızı görsəniz belə onda qurtuluşunuz vardır." hədisi və doğruluğu ilə qurtuluşa nail olduğunu deyən Qab ibn Malik (r.a.) hekayəsi…
  • "Doğruluqdan ayrılmayın. Doğruluq sizi yaxşılığa və gözəlliyə aparar. Yaxşılıq da sizi Cənnətə qovuşdurar. Bir insan, özünü doğruluğa alışdırarsa Allah qatında o kimsə siddiqlərdən yazılar…" hədisi…

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.