Kölndə Fəthullah Gülənin fikirləri müzakirə ediləcək

Almaniyanın Köln şəhəri və ətrafında uğurlu dialoq fəaliyyətləri həyata keçirən olan Mədəniyyətlərarası Dialoq Dərnəyi (IKULT) Köln şəhərində "Dalayi Lama, Fəthullah Gülən və Marschall Rosenbergə görə zorakılıqdan uzaq ünsiyyət" mövzulu bir simpoziuma hazırlaşır. Noyabrın yeddisi Köln şəhərində təşkil olunacaq simpoziumda adı keçən mütəfəkkirlərin zorakılıqdan uzaq ünsiyyət və ictimai sülh naminə verdiyi töhfələri müzakirə ediləcək.

Kölndə MediaParkda təşkil olunan və aparıcılığını Köln Universiteti Fəlsəfə Fakütlesindən prof. Jürgen Nielsen-Sikoranın edəcəyi simpoziumda Mədəniyyətlərarası Dialoq Forumu Rəhbəri Eyyub Bəşir, Almaniya Tibet Evi Dərnəyindən (Tibethaus Deutschland e. V.) Anette Kirsch M. A və Kendra Gettel məruzə oxuyacaqlar.

Girişin pulsuz olan simpozium saat 16.00-da dbaşlayacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.