Dünya F. Gülənin fikirlərini müzakirə edir

ABŞ-ın Maryland Universitetində keçirilən "Dünya sülhünə Gülən Hərəkatı" adlı konfransda Fəthullah Gülənin fikirləri müzakirə edildi.

ABŞ-ın Maryland əyalətində Rumi Forumun 29 oktyabr tarixində keçirdiyi konfransın mövzusu "Zorakılığın qarşısının alınması və dünya sülhünə Gülən Hərəkatının verdiyi töhfələr" idi.

Maryland Universitetində keçirilən konfransa sabiq ABŞ səfiri, ABŞ Xarici İşləri Nazirliyi nümayəndəsi və alimlərin də iştirak etdiyi Gülən Hərəkatının dünya sülhünə faydaları müzakirə edildi.

Konfrans Georgetown Universitetindən prof. Ori Z. Soltesin açılış çıxışı ilə başladı. Müxtəlif ölkələrin universitetlərindən gələn alimlər fikirlərini bildirdilər. Konfransda insanlığın dinə olan ehtiyacı və İslam dininin zorakılığı rədd etməsi vurğulandı.

Gülən hərəkatının ABŞ-dakı fəaliyyətlərinə razılıq və məmnuniyyət bildirildi hərəkatın ölkədə mövcud olan digər dinlərə aid camaatları da bir-birinə yaxınlaşdırdığına diqqət çəkildi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.