Haqq

Haqlı, sevimli və məqbuldur məğlub olsa da; haqsız, mənfur və xoşagəlməzdir, qalib gəlsə də...

* * *

Haqq, bilavasitə gözəl, haqlı da şirindir. Haqlı, palçığa düşsə də pak və təmiz; haqsız, müşklə yuyunsa da napak və kərihdir (mənfur)...

* * *

Rəng və şəkil dəyişsə də əsas dəyişməz.. ad, ünvan dəyişsə də şəxs dəyişməz. İnsanları ən çox aldadan da rəng, şəkil, ad və ünvan dəyişiklikləri olmuşdur.

* * *

Zəifi əzən, qalib də olsa məğlub; haqlı, məğlub da olsa qalibdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.