Sidq-Peyğəmbərimizin (s.ə.s.) elm və tibb sahəsində dediyi sözlər
10 Mart 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi
- Arıları başçısız qoymayan Allah (c.c.) bəşəri də peyğəmbərsiz qoymamışdır.
- Peyğəmbərimizin bütün həyatı Onun (s.ə.s.) doğruluğuna dəlalət edir.
- Allah Rəsulu (s.ə.s.) bir yerə təşrif buyurduğu vaxt bütün varlıq ayağa qalxmalıdır.
- Muhammədun Rəsulullah" həqiqətini "Lə iləhə illəllah" həqiqətindən ayırmaq mümkün deyildir. Cənnətə qovuşmaq yolu Həzrəti Məhəmməddən (s.ə.s.) keçir.
- Rəsulullah (s.ə.s.) "Müalicə olunun, Allah elə bir xəstəlik göndərməyib ki, onun üçün bir dərman yaratmış olmasın" ifadəsi ilə tibb sahəsində araşdırmalar aparmağı təşviq etmişdir.
- Allah (c.c.) Ənbiyayi-İzamın möcüzələri ilə bəşəri çata biləcəkləri ən son nöqtəyə təşviq edir. Bəşəriyyət maddi-mənəvi tərəqqinin açarlarını peyğəmbərlərdən almışdır.
- Peyğəmbərimizin (s.ə.s.) "Bir yerdə vəba olduğunu eşitsəniz, oraya getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan da kənara çıxmayın,"- sözləri ilə müasir qarantinlərə işarə etmişdir. Amvasda baş verən vəbada Əbu Ubeydə ibn Cərrahla (r.a.) birlikdə 20-30 min müsəlman şəhid olmuşdu.
- "Aslandan qaçdığın kimi cüzamdan uzaq ol!" hədisi...
- Rəsuli-Əkrəmin (s.ə.s.): "Köpək sizlərdən birisinin qabını yalayarsa, onun təmizliyi, birincisi torpaq ilə olmaq şərtilə yeddi dəfə yuyulmasıdır," -sözündəki hikmət, elm və fənnin işığında daha aydın olaraq özünü biruzə vermişdir. Bundan başqa "Əgər köpəklər tək başına bir ümmət olmasaydı, onların öldürülməsini əmr edərdim" buyuraraq ekoloji tarazlığın qorunmasının əhəmiyyətini vurğulayır.
- Rəsulullah (s.ə.s.) yeməkdən əvvəl və sonra və yuxudan ayıldıqdan sonra əllərin yuyulmasını əmr edərək təmizliyin əhəmiyyətini vurğulamışdır.
- Peyğəmbərimizin (s.ə.s.) zahiri təmizliyinə verdiyi diqqət...
- Əfəndimizin (s.ə.s.) özünün yad edildiyi və təbliğ edildiyi yerlərə təşrif buyurduğuna dəlalət edən bir röya.
- tarixində yaradılmışdır.