410-cu nəğmə: “Gələcək soraqlı nəsillər və bir axırzaman fitnəsi”
Fethullah Gülen tərəfindən yazılmışdır. "Herkül nəğmə" göndərildi
410-cu nəğmə: “Gələcək soraqlı nəsillər və bir axırzaman fitnəsi”
Allah övladlarımızı Həzrəti Ustadın gözlədiyi “nəsli-atidən/gələcək nəsil” etsin. Sizin kimi deyil, bizim kimi olmaqdansa, olmasa, daha yaxşıdır. Belə şeylərin (xüsusilə övlad) olub-olmamasına görə nə sevinməli, nə də təəssüflənməli; xeyirlisini diləməliyik!.. Saleh övlad, fasiq övlad... Cızıqdan çıxan övladın olmasındansa, olmaması yaxşıdır!.. Yoldan ayrılmayanın, surati-müstəqimdə başımızın üstündə yeri var. İnsanlığın İftixarı da gələcəkdə məhz bu nəsillərlə fəxr edəcək.
Rəsuli-Əkrəm buyurur (sallallahu aleyhi vəsəlləm): “Evlənin, çoxalın; mən qiyamət günündə sizin çox olmağınızla fəxr edərəm (şad olaram)”. Şayəd ailə quranların məqsədi Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) fəxr etdiyi nəslin yetişməsi deyilsə, bu evliliyin və çoxalmanın heç bir mənası yoxdur. “Olsun, olsun” deyirik, əgər kəmiyyətin keyfiyyəti yoxdursa, içi boş, başqası üfürəndə səsi çıxan tütək kimi nəsillərin olmasındansa, olmaması yaxşıdır. Bəli, aydındır ki, səfehlikdən yaxasını çəkə bilməyən, başı səcdə görməyən, vicdanı pas tutan, gözü qan bürüyən nəsillərlə Rəsuli-Əkrəm fəxr etməz. O, Allah dərgahında məqbul olan, Onun rizasını qazanmağa təşnə olan, dinini yaşayan və yaşadan nəsillərlə fəxr edəcək.
Hazırda da bu məsələyə ehtimam göstərilmədiyindən cəmiyyət boş insanların, hətta bomboş insanların ümidinə qalıb. Elə vaxt gələcək ki, ümmətin içindən bilməsi lazım gələn şeyləri bilməyən nəsillər yetişəcək. Aralarında alimlər qalmayacaq. Elmlə əməl edən, böyük həssaslıqla dini yaşayanlar qalmayacaq; dolayısilə kütlələr cahillərin arasından özünə rəhbər seçəcəklər. Allah Rəsulu buyurur (sallallahu aleyhi vəsəlləm): “Allah-taala elmi insanların əlindən almaz. Lakin alimləri alar. Alimlər olmayanda da insanlar cahillərdən özünə rəhbər seçər sonra da onlara suallar verərlər. Onlar da cahilanə fətvalar verərək həm özləri yolunu azar, həm də xalqı azdırarlar”.
Buna görə də sırf kəmiyyətin çoxalmasından ziyadə, keyfiyyətli nəsillərin çoxalmasına fikir verməliyik. Elə ümmət yetişməlidir ki, hədisdə deyildiyi kimi, Siratdan keçəndə Cəhənnəm: “Tez keçin, nurunuz narımı söndürür” desin. Peyğəmbərimiz onlarla fəxr edəcək, “Mənim ümmətim!..” buyuracaq.
Yalnız kəmiyyətcə çoxluğun sürüdən bir fərqi yoxdur. Bir sərkar çıxar, bir-iki dəqiqə demoqoqluqla sürüyüb onları arxasınca aparar.
Hədis kitablarında “Kitabül-fitən vəl-məlahim” bölümləri var. Bu bölümlərdə gələcək hadisələrdən, ələlxüsus da axırzamandakı dəhşətli hadisələrdən bəhs edilir. Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) axırzamana dair hədislərdə Dəccalın zühur edəcəyindən və Xorasan civarında 70000 taylasanlının (sarıqlı) ona qoşulacağından xəbər verir.
Bir vaxtlar dünyadakı ümumi böhran və ölkə daxilindəki toqquşmalardan iztirab çəkən Sultan III Mustafa deyir: “Yıxılıbdur bu cahan sanma ki bizdə düzələ / Dövləti çarxı-dəni verdi qamu mübtəzələ / İmdi əbvabi-səadətdə gəzən həp həzələ / İşimiz qaldı həman mərhəməti-ləmyəzələ!..” (Dünyanın dağıldığı bir vaxtda ölkəmizin düzələcəyini zənn edirsən? Təəssüf ki, telesizlik çarxı ölkəni heysiyyətsizlərin ümidinə qoyub. Bax bir gör millətin bel bağladığı dairələrin qapısında təlxəklər gəzir. Daha ümidimiz qalıb Rəhməti Sonsuzun mərhəmətinə!..)
Şair Əşrəf deyir: “Dağılmışdır düzəlməz gəlsə də Mehdi / Bu mülkün əmri-islahı Cənabi-Haqqa qalmışdır”.
Yalanı doğru görürlər. Əyriyə insanlar əyri deyə bilmirlər. ““Əyridir” desəm, karyeram təhlükəyə girər. Azca baş qaldırsam, vəzifəni əlimdən alarlar. Sərvətim əldən gedər!..” fikri əllərini-qollarını bağlayıb.
İki məsələdə aldandıq!..
Elə bir dövrdə yaşayırıq ki, dostlardan birinin azca bədbin olsa da sözləri dövrümüzü gözəl təsvir edir: “Chanda bulamadım bir yari-sadiq / Kimə sadiq dedimsə, çıxdı münafiq!” Onun bu sözlərini bədbinliklə həqiqətbinliyin ortasına gətirərək dəyişdirdim: “İnsan hər zaman arar-durur bir yari-sadiq / Bəzən də sadiq dedikləri çıxar münafiq!”
Biz aldandıq. Hazırda Cənabi-Haqqın bir mənada xəfif qulağımızı çəkməsi də, sanki bunun nəticəsdir. Hadisələr bizə deyir ki: “Yaramazlar!.. Niyə bu yaramazlara o qədər hüsnü-zənn etdiniz?! Niyə bu yaramazlardan ötrü küçə-küçə gəzdiniz, qadın, kişi, uşaqları səfərbər etdiniz?!” Döydükləri qapılarda başlarına qaynar sular töküldü, “Gəlməyin, çıxın gedin!” dedilər. Ancaq onlar doğru olduğuna inandıqlarına görə, mətin dayandılar. İllah da ümumbəşəri insani hüquqlar, azacıq da olsa bu cəmiyyətdə də olsun istədilər; gerçək demokratiyanın və dünya ilə sülhün bu yolda keçdiyini zənn etdilər. Hədisdə buyurulduğu kimi: “Hüsnü-zənn ən gözəl ibadətdir”. Ancaq bir yerdə bir mənada kələfin ucunu itirdilər, itirdiniz, itirirsiniz, hələ də itirənlər var. Hüsnü-zənn edib tədbiri əldən verdiniz, düşünmədiniz ki: “Görən arxadan vurarlarmı? Görəsən dövlətin bütün çarxlarını ləyaqətsizlərə verərlərmi? Haqsız himayədarlıq edərlərmi?” Allah eşqinə, niyə azacıq bəsirətlə hərəkət etmədiniz; ancaq hüsnü-zənn etdiniz, tədbirli davranmadınız? Niyə Həzrəti Ustadın “hüsnü-zənn, adəmi-etimad” düstürundan yararlanmağa ehtiyac hiss etmədiniz?
“Qeyri-məşru bir məhəbbətin nəticəsi mərhəmətsiz əzab çəkməkdir” deyir Həzrəti Pir. Bəzilərinin sevgiyə, təqdirə və dəstəyə haqqı yoxdursa, bu məsələdə ifrata yol verdiyinizdən “ağlınızı, vicdanınızı işlətəydiniz, bəzi insanların mələk surətindəki mefisto olduğunu biləydiniz” deyə Allah sizə mərhəmətsizcə əzab çəkdirər.
Bundan sonra bizim vəzifəmiz birincisi, “Allahım, hədsiz hüsnü-zənn etdik, bu əmələmiz rizana uyğun düşmədi, buna görə də bizi cəzalandırırsan; nə olar bizi bağışla” deməkdir. İkincisi, “Allahım, rizana uyğun olmasa da haqlarında “Ümumbəşəri insani dəyərləri ucaldacaqlar. Həqiqi demokratiyanı gətirəcəklər və ictimai ədaləti (Həzrəti Ömər dövrəndəki kimi) bərqərar edəcəklər!” deyib onlara ifrat məhəbbət bəslədik. İndi Sən bu haqsız və ifrat məhəbbətdən ötrü bizi cəzalandırırsan, nə olar bizi bağışla!” deməkdir.
Hanı müsəlmanlıq?
Həzrəti Ömər deyəndə ağlıma gəldi: qabağına bir kasa şorba qoyurlar. “Mədinənin ən kasıb adamı bu qədər şorba içir?” soruşur. “Zənn etmirik, ya əmirəlmöminin” deyirlər. “O halda mən də içməməliyəm!” deyir.
Həzrəti Ömər xilafət dövründə qəbilə və tayfa başçılarına məktub yazıb kasıb-yoxsulların siyahısının tutulmasını istəyir. Gələn siyahının başında qazı Sad ibn Amirin adını görür. İkinci il yenə həmin şey təkrarlanır. Həzrəti Ömər: “Bu, təyinatını verdiyim Saddır?” doruşur. “Elədir ki var. O həqiqətən kasıb insandır. Əlində-ovucunda nəyi varsa fəqir-füqəraya paylayır. Rüşvət olar deyə bizdən də zərrə hədiyə götürmür” deyirlər.
Müsəlmanlıq budur, “Müsəlmanlıq nərədə, bizdən keçmiş insanlıq belə / Aləmi aldatmaqsa məqsəd, aldanan yox, nafilə! / Kaç həqiqi müsəlman gördümsə, həp məqbərdədir / Müsəlmanlıq bilməm, amma qaliba göylərdədir!” (M.Akif) Çox aldandıq, xələ də aldanırıq. Aldanarsaq, aldanmanın cəzası çox ağır olar. Allah aldanmamağa qət edən sizi aldanmaqdan qorusun.