347-ci nəğmə: “Müşfiq Peyğəmbərin ümməti də şəfqətli olmalıdır!”

347-ci nəğmə: “Müşfiq Peyğəmbərin ümməti də şəfqətli olmalıdır!”

Müşfiq Nəbi bir gecə, kim bilir verilən hansı işarəyə və nigarançılığna görə elə sasrsılmışdı ki, günlər və gecələr boyu dilindən düşməyən Həzrəti İbrahimin: “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, şübhəsiz Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!” (“İbrahim” surəai, 14\36) duasını və Həzrəti İsanın: “Ya Rəbbim! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (“Maidə” surəsi, 5\118) duasını səhərədək oxumuş, əllərini qaldırıb “Allahım, ümmətimi (bağışla), ümmətimi (bağışlar)!” deyə yalvarıb ağlamışdır. Daha sonra Allah-taala: “Ey Cəbrail! Məhəmmədin yanına get və Ona de ki: “Biz Səni ümmətin barədə razı edəcəyik və Sən əsla üzülməyəcəksən” buyurmuşdu. Həmin gecə neçə vaxtdır çəkilən dərdin, zitirabın, edilən dua və tökülən göz yaşlarının finalı idi, bir mənada “final gecəsi” idi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.