İlk Günlərdəki Qardaşlığın Qatilləri

Sual: İman həqiqətləri ilə ilk dəfə tanış olduğu günlərdəki şövq və həyəcanla vəzifələrini yerinə yetirən və nümunəvi bir qardaşlıq nümayiş etdirən insanların zaman keçdikcə bir-biriləri ilə çəkişməkdən İslamı təbliğ etməyə vaxt tapa bilməyəcək hala gəldikləri görünür. Çiyin-çiyinə olduğumuz insanlar ilə yaxşı keçinə bilmə təlaşından xilas olub "Ey keçən günlər!.." deyə xatırlanan vaxtlardakı ülfət səviyyəsini bir daha yenidən əldə edə bilməmiz hansı necə mümkündür?

  • Keçmişin gözəlliklərini yad edərkən bu günümüzü tamamilə qaralamamalı və bugünkü nemətləri görməməzliyə vurmamalıyıq. (02.00)
  • İki kanal var; birindən nur axır, digərindən kir. Bu gün nur axıdan kanalın dibi hər gün dərinləşərkən şeytanın kirli kanalları da nəcasət püskürməyə davam edir. (02.50)
  • Həqiqi bir möminin özü haqqındakı təqdirlər, mədhlər, alqışlar və hətta özündən bəhs edən kitablarla əlaqəli mülahizələri necə olmalıdır? (07.15)
  • "Ey keçən günlər!.."də hər şey orijinal idi... (08.30)
  • Xoca Əfəndinin dinlədiyi ilk Risalə dərsi və dərs verən insanın səmimiyyəti... (10.53)
  • Hüzurda həmin yerin ab-havasına girirsən. Cənabi-Allahın hüzurundan Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) hüzuruna, ondan da Haqq dostlarının məclislərinə qədər hər bir hüzurun bəlli ölçüdə və səviyyəsinə görə bir ruhani havası, atmosferi var. (14.10)
  • Təəssüf ki, o günkü orijinallıq, hər şeyi adi görməyə, qeyri-ciddiliyə, məsələləri hər zaman söhbəti-Canana gətirməməyə və Quran həqiqətlərini müzakirə üsulu ilə daha dərindən oxumamağa qurban getmişdir. (16.47)
  • Əvvəllər dost-tanışlar dairəsi dar idi; hər kəs bir-birinə hayan ola bilir və nəzarət edə bilirdi. Ancaq dairənin genişlənməsi ilə mütənasib olaraq dost-tanışları ilə tez-tez görüşüb onların dərdləri ilə maraqlanacaq keyfiyyətdə insanlar yetişdirmək mümkün olmadı. (18.20)
  • Keyfiyyətli insan olmağın əsasları nələrdir? (19.33)
  • Qardaşlıq, vifaq və ittifaq dünyəvi və axirətlə əlaqəli hansı səmərələri nəticə verir; Allaha yaxınlığın şərti nədir? (21.12)
  • Günümüzdə çox müxtəlif düşmənçilik və münaqişə səbəbləri olduğuna görə millətin hər fərdinə "Təlifi-beyn" (ara düzəltmək)vəzifəsi də düşür. "Təlifi-beyn" ara düzəltmə, barışdırma, uzlaşdırma və ədavəti aradan qaldırma deməkdir. Məncə istər özəl, istərsə də rəsmi müəssisələrdə bir təlifi-beyn şöbəsi olmalı və bu heyət hər kəsi yaxından təqib edərək incikliklərin, küskünlüklərin və bir-birindən uzaqlaşmaların qarşısını almalıdır. (23.53)
  • Bir anlıq qəzəblənərək buna görə dostlarından inciyən və başqa bir evə çıxmaq üçün ayrılan üç tələbə... (25.57)
  • Qardaşlığın mayası ixlasdır. İxlaslı insanlar səs-küy çıxarmazlar. Qardaşlığın ən şiddətli düşməni isə hər hesabın nəfsə görə aparılmasıdır.. (30.52)
  • Haqqı təbliğ vəzifələrinə ləkə salanlar VALLAHİ, BİLLAHİ, TALLAHİ İLAHİ CƏZAYA DÜÇAR OLARLAR.. burada olmasalar da axirətdə bunun qat-qat ağır olanını cəhənnəmdə Allah onların qarşısına çıxarar. (35.23)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.