“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”
Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
- Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu işin gedişatı nə yerdədir? İnkişaf varmı?
- Bir milləti məhv etmək üçün ordu göndərib müharibə aparmağa ehtiyac yoxdur. Bir millətin mədəniyyəti məhv edilərsə, o millət yavaş-yavaş yox olar. Bizim mədəni dəyərlərimizin başında dil gəlir. Buna görə də, Türkiyə torpaqlarında rahat yaşamaq istəyən hər bir insan türk dilini birinci planda tutmalıdır. Türk dilinin başına açılan oyunlar qarşısında öz mövqeyini açıq göstərməlidir. Bizim xalqımız isə bunu bilmir. Uzun illər Mədəniyyət Nazirliyində çalışdım. Oradakı rəsmi statistika yadımdadır. Dünyanın ən az oxuyan millətlərinin siyahısında başda biz varıq. Bizdən sonra Yaxın Şərq ölkələri, ondan sonra da afrikalıllar var.
- Dilin daha yaxşı inkişafı üçün təklifləriniz nədir?
- Nihat Sami Banarlının dediyi kimi “Türk dili bir imperiya dildir”. Təbii olaraq bu dilə ərəbcə, fasrca sözlər daxil ola bilər. Ancaq bir qrup insanlar dilimizdəki ərəb və fars dilindən daxil olan kəlmələri çıxarmağa çalışırlar. Dövləti idarə edən insanlar dilimizə girən və hər kəs tərəfindən mənimsənilən sözləri sorğusuz-sualsız qəbul edirlər. Gənclərimizin dil qısırlığı var. Bu qısırlıq dövlət tərəfindən təşkil edilir. Niyə? Uşaqlarımıza 6 min, 7 min kəlməlik kitab verdiyi üçün.
- Dil və türk dili deyiləndə ağlımıza ilk olaraq türk məktəbləri gəlir. Xaricdəki bu məktəblər barəsində nə düşünürsünüz?
- Mən bu mövzu ilə bağlı fikirlərimi rəhmətlik Süleyman Dəmirələ prezidentliyi dövründə demişəm. Ona dedim: “Azərbaycandan Çin səddinə qədər getdim. Gördüm ki, oralarda dövlətimizin bayrağını şərəflə dalğalandıran bir insan var: Fəthullah Gülən. Mən belə deyəndə prezident təccübləndi və “Həqiqətənmi, həqiqətənmi?” dedi. Mənim bu açıqlamalarımdan bir müddət sonra Dəmirəl bütün Türk Cümhuriyyətlərini gəzdi. Qayıtdıqdan sonra da mətbuat konfransı keçirdi. Bu zaman dedi: “Getdiyim bütün Türk Cümhuriyyətlərində ölkə rəhbərləri bu məktəblərinin sayının artırılmasını istədi. Mən də sizdən xahiş edirəm, bu məktəblərin sayını artırın”. Həm imperiya dövründə, həm cümhuriyyət dövrünə baxsaq ən ciddi işləri həmin məktəblər görüb. Buna sizə toxunduğum qədər inanıram.
- Məktəbləri bağlamaq istəyirlər
- Bu addım Türkiyənin təməlinə bomba qoymaq deməkdir. Mən “Turqut Özal Türkmən liseyi”ndə türkmən əsilli bir ədəbiyyat müəllimindən soruşdum: “Hansı dərsləri keçirsiniz?”. “Əvvəlcə bu uşaqlara ana dili öyrədirik” dedi. Mən də “Necə yəni, məktəbə gedən uşaq ana dilini bilmirmi?” dedim. “60 faiz uşaq ana dilindən uzaqlaşdırılıb. Bunu rus idarəsi edib” dedi. “Niyə?” deyə sual verdim. “Türküstan türkü ilə Türkiyə türkünün arasınında ayrılıq salmaq üçün” dedi. İndi də biz həmin o məktəbləri tamamilə bağlatmaqla rus siyasətinə xidmət etmiş oluruq.
Məktəblərin bağlanılması 100 yox 1000 faiz rusların mədəniyyət siyasətinə xidmət göstərmək deməkdir. Çünki ruslar bizim oradakı soydaşlarımızı öz dillərindən, dini inanclarından, mədəniyyətlərindən qoparmağa çalışırlar.
Sadəcə türk cümhuriyyətlərində deyil, Afrikada və digər ölkələrdə də məktəblər var.
İmperiyanın belə bir dərdi olmayıb. Cümhuriyyət dövrü belə bir işə onsuzda heç qarışmayıb. Bunu düşünən bir insan var: Fətullah Gülən Hoca Əfəndi. Onun da anasından əmdiyi südü burnundan gətirməyə çalışırlar.
- Dil və Mədəniyyət festivalının (Türk dili olimpiadaları) da artıq Türkiyədə keçirilməsinə icazə verilmir. Bu barədə nə deyə bilərsiziniz?
- Bu çox böyük bir ayıbdır. Mən bu mövzuda yarım saat danışa bilərəm. Bu məktəbləri bağladanlar, Dil və Mədəniyyət festivalının keçirlməsinə mane olanlar ortaya çıxsınlar və mərdcə məktəbləri niyə bağlatdırmaq istədiklərini, festivalların niyə qadağan olunduğunu, bayrağımızın oralarda niyə dalğalanmasını imkan vermədiklərini açıqlasınlar. Ondan sonra danışaq.
- Açıqladılar. “Parelel” deyirlər
- Nə əlaqəsi var, paralel, maralel... Bu mövzu siyasətə girir. Mən də siyasətə qarışmaq istəmirəm. Bu çox yanlış bir qərardır. Arzu edirəm ki, dövlətimizi idarə edənlər bu addımların yanlış olduğunu görsünlər. Kimin yanlış hərəkəti varsa, o cəzalandırılsın. Ona heç kim bir söz demir. Ancaq burada Dil və Mədəniyyət festivalının keçirilməsinə mane olmaq, oradakı uşaqların Türkiyə türkçülüyünə olan sevgisini kəsməyə çalışmaq, dövlətə və millətə xidmət etmək deyil.
- “Paralel” adı ilə xeyirxah insanlar saxlanılır. Bu məsələyə necə baxırsınız?
- Bu məsələyə doğru baxmıram. İslan yardım, kömək dinidir.
- “Hizmet” hərakatı “Terror təşkilatı” olmaqda ittiham edilir
- Onda silahsız bir terror təşkilatı quraraq tarixə düşək. “Biz kasıblara yardım edən, insanlara dilimizi öyrədən, bayrağımızı dünyanın hər yerində dalğalandıran möhtəşəm bir terror təşkilatıyıq” deyərək bütün dünyanı özümüzə güldürək.
- Təhsil sistemi haqqında nə düşünürsünüz? Son illər ərzində Təhsil Nazirliyi və imtahan sistemində dəyişikliklər olub.
- Bizim insanlarımız düşünə bilmədiyi üçün təhsil sistemində tez-tez dəyişikliklər olur. Düşüncənin meydana gəlməsində dövlətimizin, ailəmizin, məktəblərimizin böyük rolu var. Sistemin bu qədər çox dəyişməsi heç bir fayda verməz. Əksinə, böyük faciələrə səbəb olar.
- Uzun illər Mədəniyyət Nazirliyində çalışmısınız. Mədəniyyət siyasətimiz haqqında nə düşünürsünüz?
- Mədəniyyət siyasətimiz çox da yaxşı deyil. Bu işin başına gətirilənlərin mədəniyyətlə əlaqəsi yoxdur. Məsələn, Ərtoğrul Günay Sivasda “Madimak” otelinə milyonlar xərcləyərək oteli muzeyə çevirmək istədi. Hər dəfə “Cənab nazir oranı muzeyə çevirməyin heç bir faydası yoxdur. Həmin pulla Hacı Bektaş Vəlinin “Malakat” adlı kitabını 1 milyon tirajla çap etdirin Sivas və ətraf bögələrə paylayın. Beləliklə bu düşmənliyə son qoyula bilər. Siz oteli muzeyə çevirirsinz. Dünən “Madimak”ı yandıran bu dəfə muzeyi yandırar”. Bu kimi düşüncələri dəyişmək lazımdır.
- Muhsin Yazıcıoğluna olan sevginizi bilirik. Ölümü hələ də aydınlaşmayıb. Bu məsələyə necə baxırsınız?
- Bu mövzuya şübhə ilə yanaşıram. Səbəbi də budur: Muhsin bəyin vertolyotunun düşdüyü yeri kəndlilər tapır, ancaq dövlət rəsmiləri tapa bilmir. Sonra vertolyotun içərisindəki bəzi cihazlar rəsmilər tərəfindən çıxardılır. Bu kimi şeylər də məni şübhələndirir. Bir neçə ay əvvəl Turqut Özalın oğlu ilə söhbətləşdik. Ona “Atanızın zəhərlənməsi ilə bağlı bir şübhəniz varmı?” sualını verdim. “Şübhəm yoxdur. Atamı zəhərləyiblər. Ancaq bunu açıqlaya bilmirik”, dedi.
- İnsanlar korrupsiya faktlarına qarşı laqeyddir. Niyə?
- Çünki hələ də düşünə bilmirlər. Deyirlər ki, “Oğurlayır oğurlasın, amma iş də görürlər”. Belə deyən insanlara “Yaxşı onda Əhməd, Məmməd də çalışqan birisidir amma gözü onun, bunun namusundadır. Sənin qızının da namusuna göz dikir” desək qəbul edərlərmi? Etməzlər. Yaxşı, onda niyə onu qəbul edirsən bunu qəbul etmirsən? Bu suallara doğru cavab vermək üçün doğru düşünmək, doğru düşünmək üçün də doğru kəlmələrdən istifadə etmək lazımdır. Cahil insan düşünə bilməz. “Oğurlayır, oğurlasın. amma iş də görürlər” deyə cavab verər.
- tarixində yaradılmışdır.