Filippin dövləti Türk məktəblərini mükafatlandırıb
Filippinlərdə böyük uğurlara imza atan Türk məktəbləri dövlət tərəfindən mükafatlandırılıb. Parlament Sədri Felisiano Belmonte (Feliciano Belmonte) Beynəlxalq “Fountain” Türk məkətəblərinə olimpiadada yüksək nailiyyət əldə edərək ölkənin adını dünyaya tanıtdığına görə, “Vətənə Xidmət” ordeni ilə təltif edib. Türk məktəblərinin şagirdləri hazırladıqları “kokostan düzəldilən və qısa müddətdə torpağa qarışan plastik kütlə” layihəsi qızıl medala layiq görülüb.
Hal-hazırda Filippinlərdə üç Türk məktəbi fəaliyyət göstərir. Ölkədə böyük nüfuza malik olan Türk məktəbləri ötən ilin iyun ayında keçirilən Şagirdlərin Beynəlxalq Layihə olimpiadasında iştirak edərək qızıl medal qazanıb. Filippinlər Parlamenti qalibləri mükafatlandırmaq üçün xüsusi təltifetmə mərasimi keçirib.
Məclis Sədri: “Türk məktəblərinin şagirdləri ilə fəxr edirik”
Mərasimdə çıxış edən Məclis Sədri Belmonte deyib: “Biz bu şagirdlərlə fəxr edirik. Onlar 120 –dən artıq beynəlxalq layihə olimpiadalarında qızıl medal qazanaraq ölkəmizin adını tanıdıblar. Sizi yetişdirən müəllimləri, məktəb heyətini və ailələrinizi təbrik edirəm. Ölkəmiz adına məktəblərə və sizə bu mükafatı təqdim etdiyimə görə çox şadam. Yüksək nailiyyətlər əldə edən Beynəlxalq Türk “Fountain” məktəblərinə isə xüsusilə təşəkkür edirəm”.
- tarixində yaradılmışdır.