Əfqanistanın Təhsil Naziri: “Türk məktəbləri bizim üçün nümunədir”
Əfqanistanın paytaxtı Qabildə Əfqan-Türk Çağ təhsil qurumları (ATCE) nəzdində təhsil mərkəzinin açılışı keçirilib.
Təhsil mərkəzinin açılışında iştirak edən Təhsil Naziri Şəfiq Samim deyib ki: “Mən Fəthullah Güləni Əfqanistanda fəaliyyət göstərən təhsil qurumlarının fikir memarı kimi görürəm, ona və “Hizmət” hərəkatına təşəkkür edirəm”. Nazir Samim ölkədə özəl məktəb açmaq üçün Təhsil Nazirliyinə baş vuranların əksəriyyətinin dedikləri “Türk məktəbləri kimi yüksək səviyyədə təhsil verəcəyik” sözlərinin onu çox şad etdiyini söyləyib. O deyib ki, Əfqanistanda Türk məktəblərinin nümunə göstərilməsi onu fəxr edir. Əfqan xalqının bu xeyirxah fəaliyyətləri heç vaxt unutmayacağını vurğulayan Nazir Samim türklərə həmişə borclu olduğunu bildirib.
Çətinliklərə baxmayaraq 20 ildir Əfqanistanda fəaliyyət göstərən ATCE ölkənin 6 müxtəlif şəhərində təhsil verən məktəblər və universitetə hazırlıq kursları ilə xalqa xidmət edir. Bu məktəblərdən indiyədək dörd minə yaxın şagird məzun olub. Hal-hazırda bu təhsil ocaqlarında iki min qız olmaqla toplam səkkiz min şagird təhsil alır. Qurumlarda 198 türkiyəli, 350 əfqan müəllim çalışır.
- tarixində yaradılmışdır.