Fəthullah Gülən İngiltərə Universitetinin fəxri doktoru seçildi

İngiltərənin nüfuzlu təhsil müəssisələrindən biri olan Leeds Metropolitan Universiteti Fəthullah Güləni fəxri doktor ünvanına layiq gördü.

Lids şəhərində yerləşən və 30 min tələbəsi olan universitet Fəthullah Gülənə təhsil, sülh və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə fəxri doktor ünvanı ilə mükafatlandırdı. Fəxri doktorluq diplomu Universitetin rektoru prof. Susan Prays tərəfindən İngiltərə Dialoq Vəqfinin sədri Özcan Keleşə təqdim edildi. Mərasimdə çıxış edən dekan prof. Elspes Cons Fəthullah Gülən və Fəaliyyət haqqında məlumat verdi. Gülənin mədəniyyətlərarası dialoq və beynəlxalq miqyaslı təhsil fəaliyyətlərinin düşüncə memarı olduğunu söyləyən Cons onun daha insani və sülhsevər bir cəmiyyətin formalaşması üçün çalışdığını vurğuladı. Fəthullah Gülənin verdiyi vəzlər, yazdığı məqalə və kitablar sayəsində dünyanın dörd tərəfində təhsil və dialoq sahələrində fəaliyyət göstərən Könüllülər nəslini yetişdirdiyini və bu sayədə qərəzli fikirlərin yumşalmasına, aradan qalxmasına, cəmiyyət fərdlərinin bir-birinə qaynayıb qarışmasına zəmin hazırladığını qeyd etdi. Özcan Keleş 1824-ci ildən fəaliyyət gösətərən Leeds Metropolitan Universitetinin bu təşəbbüsünün təqdirəlayiq addım olduğunu bildirdi. Universitetin belə bir ünvanla Gülənin təhsil, sülh və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri təqdir etdiyini qeyd etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.