Səbir

Səbir, ağrıları dindirən acı ot kimidir, həm yandırır, həm də məlhəm olur.

* * *

Hər çətinlik bir asanlığa hamilədir, lakin doğum zamanına qədər səbr etmək lazımdır.

* * *

Səbrü-səbatla müvəffəqiyyət görünüşcə fərqli olsalar da, əkizdirlər.

* * *

Dəryalar damlalardan meydana gəlir, lakin damlanın dəryalaşacağı müddəti qısaltmağa heç kəsin gücü çatmaz...

* * *

Səbirli və ehtiyatlı davranış dua və diləyin ən ideal yoludur.

* * *

Tələskənin xırmanında ən çox tapılan şey xətadır.

* * *

Zirvələrin yolu vadilərdən başlayır.. təbii ki, səbirli olanlar üçün...

* * *

Başlanğıcı zəhər, nəticəsi şəkər-şərbət bir şey varsa o da, səbirdir.

* * *

Hadisələr qarşısında müsbət davranışın adıdır səbir; onun üçün əhlullah (Allah dostları) vaxtından əvvəl səbir istəməyi zərərli saymışlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.