Hudeybiyyənin təbliğ yönü

İslamın təbliğində və vüsət tapmasında Hudeybiyyənin əvəz­siz yeri var. Allah Rəsulunun belə ağır şərtli bir müqaviləni qəbul etməsinə ilk əvvəl Həzrət Ömər kimi sadiq səhabələr belə etiraz mənasında münasibət bildirmişdi.[1] Amma növbəti il müsəlmanlar çox rahat və sərbəst şəkildə Məkkəyə girmişdilər. Beləcə insanlar yavaş-yavaş İslama hazırlanmış və Xalid b. Vəlid, Amr b. As kimi Məkkə böyükləri könüllü şəkildə İslam dinini qəbul etmişdilər.[2] Onların öz istəkləri ilə, rəncidə edilmədən müsəlman olması gələcəkdə İslam yolunda göstərilən xidmətlərdə mühüm rol oynayacaqdı və oynadı da.

Bundan başqa, beyət əsnasında səhabələrin Allah Rəsuluna ürəkdən bağlılığı məkkəli əyanı-əşrəfin gözündən yayınmamış[3] və məkkəlilərin İslama münasibətini daha da yumşaltmışdı.

[1] Buxari, Şurut 15; Müslim, Cihad 94.
[2] İbn Hişam, əs-Siratün-nəbəviyyə, 4/238-240.
[3] Buxari, şurut 15; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/329-330.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2026 Cascade Trust. Fethullah Gülen's Official Web Site. All Rights Reserved.
fgulen.com is the official source and licensor of the works of the renowned Turkish scholar and intellectual Fethullah Gülen. Operated by Paramus Publishing with permission of Cascade Trust.