Fəthullah Gülən Xocaəfəndinin “2015 Qandi-Kinq-İkeda” sülh mükafatı mərasiminə göndərdiyi məktub
Morhaus Universitetinin (Morehouse University) Martin Luter Kinq Beynəlxalq Mərkəzi tərəfindən - özümü buna layiq bilməsəm də - “2015 Qandi-Kinq-İkeda” sülh mükafatına layiq görüldüyümü xəbər aldım.
Mən bu mükafatı öz adımdan deyil, həyatını təmənnasız olaraq bəşəriyyətə həsr edən insanlar adından qəbul edirəm. Bu mükafata həqiqətən layiq olanlar vətənindən çox uzaqlarda - Şimal qütbünün əlli dərəcəlik soyuğunda işinin başından ayrılmayan, Şimali İraqda İŞİD-in işğal təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, məktəbləri bağlamayan, Nigeriya və Əfqanistanda qız şagirdlərə təhsil verən müəllimlər, Somali və Sudanda çox ağır şəraitdə möhtac insanlar üçün əllərindən gələni edən həkimlər, tibb bacıları, humanitar yardım işçiləri, maliyyə çətinlikləri olsa da, xeyirxah layihələrə dəstəkdə bir-biri ilə yarışan iş adamlarıdır. Mənə təqdim edilən bu mükafat əslində müxtəlif millət, din və etnosa mənsub olan bu fədailərin gördükləri işlərin mükafatıdır.
Onlar özlərinin xobəxtliyini başqalarının xoşbəxliyində axtaran bəxtəvərlərdir. Onları Asiya, Afrika və Martin Lüter Kinq kimi Amerika Birləşmiş Ştatlarında, dünyanın hər yanında insan hüquqları uğrunda mübarizə aparanlarla birləşdirən dəyər bütün insanların izzətlə yaşaması naminə hər şeylərini fəda etmələridir. Həmişə Cənabi-Allaha yalvarıram ki, məni də bu bəxtiyarlar zümrəsinə daxil etsin. Mən heç vaxt özümü kimdənsə üstün görməmişəm. Siz nəzakət göstərərək onların fəaliyyət və fədakarlıqlarını dəyərləndirirsiniz.
Səhhətim bu gözəl mərasimdə sizinlə birlikdə iştirak etməyə əl vermir. Ancaq məkan və zaman fərqi yüksək insani dəyərlər ətrafında əl-ələ verən ruhların söhbətinə mani olmaz. Bu mükafata layiq görülən cameənin bir mənsubu olmaq ümidi ilə təşkilat komitəsinə təşəkkürlərimi arz edirəm.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.