2004

21.01.2004 Fəthullah Gülən xoca əfəndinin sol koroner arter damarına stent taxıldı

Xəstəliyinə görə ABŞ-da müalicə olunan Fəthullah Gülənin ürək damarlarında cərrahiyyə əməliyyatı aparıldı.

22.01.2004 Xəstəxanadan çıxdı

Fəthullah Gülənin ürək damarlarında cərrahiyyə əməliyyatı aparılaraq sol koroner arter damarına stent taxıldı. 21 yanvar 2004-cü il çərşənbə günü aparılan əməliyyatdan 24 saat sonra Fəthullah Gülən evdə dincəlmək üçün 22 yanvar 2004-cü il cümə axşamı xəstəxanadan çıxdı.

07.02.2004 Feyza Həkimoğlunun vəfatı ilə əlaqəli başsağlığı verdi
08.02.2004 Cem Karacanın vəfatı ilə əlaqəli başsağlığı verdi
29.02.2004 Nuriyə Akmana müsahibə verdi

Xəstəliyinə görə Amerikada müalicə olunan və beş illik fasilədən sonra ilk dəfə Nuriyə Akmana müsahibə verən Fəthullah Gülən, dünyada və ölkəmizdə baş verən hadisələri qiymətləndirdi. Fəthullah Gülən 5 il əvvəl 21 mart 1999-cu il tarixində ABŞ-a getmişdi.

Nuriyə Akmanın 1995-ci ildə "Sabah" qəzetində dərc olunan Fəthullah Gülənlə müsahibəsi o dövrün parlaq qəzetçilik hadisəsi idi. Akman doqquz ildən sonra "Zaman" qəzeti adından Gülənlə yeni bir söhbət aparmaq istəyirdi. "Zaman" qəzetinin müxbiri olmasına baxmayaraq Amerikaya davamlı xəbər göndərir, amma heç cür müsbət cavab ala bilmirdi. Nəhayət, "Zaman" qəzeti Gənəl yayım müdiri Əkrəm Dumanlı, Xoca əfəndiyə "Nuriyə Akman sizi ziyarət etmək istəyir" deyincə müsbət cavab ala bildilər. 26 fevral 2004-cü ildə günü ABŞ-a gedən Akman ziyarətçi olaraq qarşılanmış, ancaq müsahibə almaq istədiyini deyincə, Xoca əfəndi "Mən belə bir söz vermədim" deyərək dirənmiş və iki gün boyunca söhbətə yanaşmamışdı. Ancaq "bu qədər uzun yoldan gəldi, qəlbini qırmayaq" deyərək xəstəliyinə baxmayaraq, 29 fevral 2004-cü ildə üç gün boyunca Nuriyə Akmanın suallarına cavab verməyə çalışmışdı. Bu görüşdən səkkiz günlük bir müsahibə silsiləsi meydana gəldi Müsahibə 22 mart 2004-cü ilin bazar etəsi günündən etibarən "Zaman" qəzetində dərc olunmağa başladı.

Nuriyə Akman ABŞ-a getməsi və Fəthullah Gülən Xoca əfəndi ilə apardığı müsahibə haqqında belə deyir: "ABŞın müxtəlif bölgələrində yaşayan bir çox türklərlə əlaqədar bir reportaj üçün getdim. Əlbəttə, Fəthullah Gülənə də baş çəkmək istəyirdim. Xoca əfəndidən bir müsahibə razılığı almadan getmişdim. 5 il idi ki, onu ziyarət edib müsahibə almaq istəyirdim, lakin heç cürə "gəl" cavabını ala bilmirdim. Dəfələrlə xəbər göndərmişdim, nəhayət, gözlədiyim cavab gəldi. Lakin onun müsahibə verməyə niyyəti yox idi. Onu orada razı sala bildim. Türkiyədən 26 fevralda yola çıxdıq, 27-sində oraya çatdıq. Həmin gecə axşam yeməyini birlikdə yedik. Ertəsi gün üçün heç bir söz vermədi. Səhərisi gün Xoca əfəndinin gecəni çox narahat keçirdiyini, çox xəstə olduğunu, görüşə bilməyəcəyimi söylədilər. O günü əndişəli və bomboş keçirtdik. Ertəsi gün, yəni 29 fevralda görüşümüz başladı. Hər gün təqribən 1 saat 15 dəqiqə olmaqla üç gün söhbət etdik."

11.04.2004 Sakıp Sabancının vəfatı ilə əlaqəli başsağlığı verdi
19.04.2004 "Qazetəçilər və Yazarlar Vəqfi"nin Johns Hopkins Universiteti İşbirliyi İlə Washingtonda tərtib etdiyi Yeddinci Abant Platformasına ismarıc göndərdi
21.04.2004 Səfa Kaplana internet vasitəsilə müsahibə verdi

"Hürriyyət" qəzetində dərc olunan "İlahiyyatçılar Güləni müzakirə edir" adlı silsilədə yer alan iddialara ABŞdan internet vasitəsilə cavab verdi.

28.04.2004 Fəthullah Gülən xoca əfəndi səhhəti ilə əlaqədar müayinədən keçdi

21 yanvar 2004-cü ildə ürək damarlarında olan iki ciddi tıxanıqlığı açmaq üçün ürək damarlarına xüsusi cihaz yerləşdirilən Fəthullah Gülən təkrar xüsusi müayinədən keçirildi.

13.05.2004 Mədəniyyətləarası Dialoq Platforması tərəfindən Mardində tərtib olunan "Həzrəti İbrahimin aydınlığında dinlər və sülh" mövzulu simpoziuma ismarıc göndərdi
18.05.2004 Fəthullah Gülənin irəli tədqiq olaraq MR'ı çəkildi

Bir süredir üriner sistem enfeksiyonu teşhisiyle, antibiotik müalicə görən Fəthullah Gülənin irəli tədqiq olaraq MR'ı çəkildi.

18.05.2004 Sabahat Kaptanoğlunun vəfatı ilə əlaqəli başsağlığı verdi
14.07.2004 Samanyolu televizyasında Kamal Gülənlə

Fəthullah Gülən Samanyolu televizyasında sağlamlığı və Türkiyəyə dönüşü ilə əlaqli sualları cavablandırdı.

23.07.2004 22 iyun 2004-cü ildə Sakarya Pamukovada meydana gələn qatar qəzası ilə əlaqədar başsağlığı verdi
26.07.2004 25 İyun 2004-cü ildə keçirilən DSP qurultayında Aktif siyasətdən çəkilən DSP Gənəl Başqanı Bülənt Ecevitə ismarıc dərc etdirdi
27.07.2004 Aydın Bolakın vəfatı ilə əlaqəli başsağlığı verdi
30.07.2004 Keniya "Daily Nation" qəzetindən Hezron Muqambiyə müsahibə verdi

Fəthullah Gülən Keniyada gündəlik çıxan "Daily Nation" qəzetin müsahibəsində dünya sülhü adına əhəmiyyətli şeylər söylədi. Keniya və Şərqi Afrikada gündəlik çıxan və 3,5 milyon tirajı olan "Daily Nation" qəzetinin müxbiri Hezron Muqambinin Fəthullah Gülənlə müsahibəsinə 4 və 5-inci səhifələrində iki tam səhifə olaraq yer verdi.

19.08.2004 Osman Dəmirci xoca əfəndinin vəfatı ilə əlaqəli başsağlığı verdi
21.08.2004 Hacı Saadeddin Dinçərin vəfatı ilə əlaqəli başsağlığı verdi
08.09.2004 Rusiyanın Şimali Osetiya bölgəsində bir məktəbdə törədilən terror aktında ölənlərə başsağlığı verdi
30.09.2004 Gürcüstanın paytaxtı Tbilisidə 30 sentyabr-1 oktyabr 2004-cü il tarixlərində keçirilən "Globallaşma və mədəniyyətlərarası dialoq simpoziyumu" na ismarıc göndərdi
15.10.2004

"Kırık testi" adlı kitap silsiləsi nəşr olundu

Fəthullah Gülən xoca əfəndi 21 mart 1999-ci ildə ABŞ-a getdikdən sonra fürsət düşdükcə söhbətlərinə davam etdirdi. Xoca əfəndinin ABŞ-da elədiyi söhbətlər ilk dəfə www.herkul.org saytında "Kırık testi" adlı səhifədə 1 dekabr 2001-ci il tarixində verilməyə başlandı. Sonraları isə bu söhbətlər "Kırık testi" adı altında kitablaşdırıldı və 1 oktyabr 2002-ci il tarixində "Zaman" qəzeti tərəfindən oxucularına paylanıldı.

2002-ci ildən sonra edilən söhbətlər isə "Qazetəçilər və Yazarlar Vəqfi" tərəfindən 15 oktyabr 2004-cü ildə nəşr olundu. "Kırık testi" kitab silsiləsi olaraq nəşr olunan söhbətlər "Kırık testi", "Söhbəti-Canan" və "Qürbət Üfüqləri" adlandırıldı.

Kitabların mövzusu Xoca əfəndinin Amerikada olduğu illər ərzində yanında olan dostlarının bir araya gətirdikləri özəl sohbət qeydlərindən ibarətdir.

"Kırık testi" silsilənin ilk kitabıdır. İbadət həyatımız, perspektiv, nəfs və vicdan mexanizmi, qəlb və ruhi həyat kimi bölmələrdən ibarət kitabda qulluq sirlərindən namaza, duadan əvradu əzkara, müqəddəs vəzifədən fadailik ruhuna qədər bir sıra mövzular tarixdə yaşanılmış hadisələrdən nümunə göstərilərək nəzərə verilir. "Kırık testi" kitabında həqiqi bir mömin olmanın yolları ifadə edilir, bu yola baş qoymuşların önünə çıxa biləcək manelərə diqqət çəkilir.

İkinci kitab olan "Söhbəti-Canan"da isə "Qurani-Kərim"in sirri, üslubu, qürbəti, şahidləri kimi mövzular Quranın sehrli üfqü başlığı altında qələmə alınır.

"Qürbət Üfüqləri" adı verilən üçüncü kitabda da tövhid ətrafında söhbətin əhəmiyyətindən, ölüm və ölümdən sonrakı həyatdan bəhs edilir. Bununla yanaşı, bir bölümündə də sosial və mədəniyyət məsələləri qələmə alınmışdır.

23.10.2004 Dr. Ömər Türkmənin vəfatı ilə əlaqəli başsağlığı verdi
24.10.2004 "Qazetəçilər və Yazarlar Vəqfi"nin 10-cu ildönümü münasibətilə verdiyi ismarıc: "Ramazanda xülyalarımızı bir kərə daha duymaq"
01.11.204

Qırğızıstan Ruhaniyyət vəqfi tərəfindən "Barışa Qatqı" mükafatı verildi

Qırğızıstan Ruhaniyyət Vəqfi, təhsil sahəsindəki fəaliyyətləri və düşüncələri ilə beynəlxalq sülhə kömək göstərən Fəthullah Gülənə "Xalqlararası Uyum və Barışa Qatqı" mükafatı verdi.

13.11.2004 Fatma Palanın vəfatı ilə əlaqəli başsağlığı verdi
03.12.2004

Brüsseldə keçirilən 8-ci Abant platformasına ismarıc göndərdi

"Qazetəçilər və Yazarlar Vəqfi"nin fəxri rəhbəri Fəthullah Gülən Belçikanın paytaxtı Brüsseldəki Avropa Parlamenti binasında keçirilən 8-ci Abant platformasına bir ismarıc göndərdi. Xoca əfəndinin ismarıcı "Zaman" qəzeti müxbiri Hüseyn Gülərcə tərəfindən oxundu.

19.12.2004

"Milliyyət" qəzetindən Mehmet Gündəmə müsahibə verdi

"Milliyyət" qəzetindən Mehmet Gündəm Fəthullah Güləndən 19 dekabr 2004-cü ildə müsahibə almağa başladı. Müsahibə "Fəthullah Gülənlə 11 Gün" başlığı altında 8 yanvar 2005-ci ilin şənbə günündən 22 gün boyu "Milliyyət" qəzetində dərc edildi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.