Türkiyədaxili dialoq fəaliyyətləri necə əks-səda verdi?

Öncə Türkiyə daxilində cəmiyyətin bütün təbəqələrinə yayılan, daha sonra isə ölkə xaricinə yönələn dialoq fəaliyyətləri sağlam düşüncəli hər insan tərəfindən müsbət qarşılandı. Xüsusilə, Patrik Bartelemeos, Baş keşiş David Aseo, Papa İohann Pavel, Nyu-York kardinalı Con Okonnorla görüşlər böyük əks-səda doğurdu.

1980-ci il öncəsi ideoloji zehniyyətin, hər iki tərəfdən ölümlə nəticələnən münaqişələrin qisas hissini daşıyan, qəlbləri intiqam alovu ilə alışıb-yanan müəyyən qruplar, təbii ki, bu gedişatdan məmnun olmadılar. Lakin nəticə olaraq sağlam fikir qalib gəldi.

Sözü gedən dönəmdən təxminən 15 il sonra qələmə alınan belə bir kitabda o günlərə aid təhlillər arasında sağlam düşüncələrin necə səsləndiyini xatırlamaq yerinə düşər. Bunu nəzərə alaraq, bəzi siyasət, elm adamları və jurnalistlərin fikirlərindən verdiyimiz sitatlar suala cavab təşkil edir.

"Möhtərəm Fəthullah Gülən eyni zamanda türk xalq təsəvvüfündəki Allah və insan sevgisinə əsaslanan tolerantlı İslam anlayışının dəyərini də xatırladır. Despotik rejimlərlə idarə edilən bəzi geridə qalmış ölkələrin İslam anlayışına bənzəməkdənsə, milli xüsusiyyətlərimizi və dəyərlərimizi əks etdirən özümüzəxas bir İslam təfəkkürü formalaşdırmağın zəruriliyini, İslamın beynəlmiləlliyinin buna əngəl olmadığını çox gözəl ifadə edir". Bülənt Ecevit

"Fəthullah Gülən Xoca Əfəndini oxuyarkən 300 illik tədrici tənəzzülün üfüqsüz və röyasız qoyduğu bir mədəniyyət coğrafiyasının yenidən təravətli, tərtəmiz, olduqca geniş və ümumdünya bir həyat həmləsinin ərəfəsində olduğunu duyuruq". Ayşe Şasa

"Fəthullah Gülən Xoca Əfəndi bir şablonçu deyil. Əlindəki vəsaitdən yeni bir dəyər ortaya qoymağı bacarmışdır. Biliyi bir daş yığını olaraq görmür, bir piramida və ya bina ucaldan zehni fəaliyyət və proses kimi görür... Dinin əsas qaynağına qayıdaraq və ona əsaslanaraq dinə yeni bir baxış tərzi, üfüq gətirir". Nevval Sevindi

"Gülən – Bartolomeos təması Cumhuriyyətin yaranmasından bu­ yana mülki İslami camaat rəhbəri ilə xristian dini lideri arasında keçirilən ilk görüşdür. Bu görüş çox əhəmiyyətlidir. Çünki bu görüş bütün müqəddəs kitablarda qeyd olunan zikr etdiyi və dinlər arasında tolerantlıq prinsipini vaz vəz edən İlahi bəyanın yüksəldilməsi mənasına gəlir". Hadi Uluengin

"Yaxın dövrə qədər bir araya gəlməyi insanların xəyalından belə keçməyən elm, din, mədəniyyət və dövlət xadimlər əl tutdular, yan-yana oturdular, görüşdülər... Fəthullah Gülən ilə Bartolomeos qucaqlaşanda salon alqışlarla titrəyirdi. Hər iki tərəfin avam və fanatik təbəqəsinin bir-birinə "düşmən", "pis kafir", "barbar türk" deyə baxdığı bir dövrdə insanlar bir- birilərilə qucaqlaşırsa, bunda nəsə olmalı idi, cəmiyyət də artıq bir-birini sevməli, bir-birini anlayışla qarşılamalıydı... Müstəqillik, demokratiya, insana hörmət ancaq Qərbin mənimsədiyi prinsiplər deyil. Həqiqi müsəlman da bu prinsipləri müdafiə edir. Həqiqi müsəlman dialoq, tolerantlıq, digərinin inancına hörmət tərəfdarıdır". Professor Niyazi Öktem

"Papanın Vatikanda Fəthullah Gülənlə görüşməsi Fəthullah Gülən Xoca Əfəndini "beynəlxalq təmsilçi" mövqeyinə gətirmişdir... Gülən-Papa görüşü Türkiyənin demokratikləşmə prosesi baxımından çox dəyərli "təhlükəsizlik qarantı"dır və yenə dolayısı ilə Türkiyənin stabil ölkə olması istiqamətində əhəmiyyətli bir töhfədir". Cengiz Çandar

"Mümtaz din adamı Fəthullah Gülən islami təhlükə qorxusunun yaşandığı və "Mədəniyyətlərin toqquşması" nəzəriyyəsinin rəğbətlə qarşılandığı bir dövrdə, ölkəmizdə Xristian və Yəhudi din mənsubları ilə daha əvvəl başladığı tolerantlıq və dialoq axtarışını Papa görüşü ilə ən yüksək səviyyəyə çatdırdı. Türkiyə miqyasında deyil, dünya miqyasında bir görüş həyata keçirdi. Gülən camaatının varlığı Türkiyə üçün böyük şansdır". Hadi Uluengin

"Fəthullah Gülənin dialoq axtarışını çox yüksək qiymətəndirirəm. Bunun beynəlxalq mahiyyətli olması İslam baxımından da çox önəm­li­dir. Fəthullah Gülən Xoca Əfəndinin "Xristian gəlib bizi missioner edər" qorxusu yoxdur. O, inanmış bir müsəlman olaraq dialoq qapılarını hər kəsin üzünə açır. Əgər özünü güclü hiss edirsənsə, düşüncənə, inancına etimad göstərirsənsə, səndən fərqli olanla quracağın hər dialoq zənginlik deməkdir. Belə fəaliyyət və cəhdlər cəmiyyətə mənəvi güc verdi, qütbləşmələri yumşaltdı. Bəziləri Papa görüşünün arxasında israrla "başqa məqsədlər" axtarırlar. Mən bu açıq-aşkar önəmli sosial gerçəklik və fenomenin belə qərəzli baxışla layiqincə qiymətləndirilməməsini əsla alqışlamıram. Heş kəsi istədiyimiz kimi mühakimə etməyə haqqımız yoxdur. Bir insanın bir fikri təsdiq etməməsi, heç kəsə onu qaralamaq haqqını vermir. Məncə, "Arxasından nə gələcək?" – deyə şübhə ilə baxmaq ortadakı gözəllikləri görməməkdən irəli gəlir. İndi dialoqun gətirdiyi həqiqi sevgi və sülh şəraitini düşünmək lazımdır..."[1] Niyazi Öktem


[1]. Camcı, Selçuk; Ünal Kudret, Hoşgörü ve Diyalog İklimi, Merkür yay, İzmir 1998, s.292-319 (bu bölümdeki iktibasların hepsi bu kaynaktan alınmıştır)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.